XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 18:21

Azərbaycandan Gürcüstana137 milyon dollar investisiya qoyulub

Gurcustan-16-1

Bu il yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar 376 milyon dollar təşkil edib.

Bu son 7 ildə ən yaxşı göstəricilərdən biridir və 2015-ci illə müqayisədə 103% artıqdır.  Bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin hesabatında məlumat verilib.

Hesabata əsasən bu ilin birinci kvartalında  Gürcüstan ən böyük xarici investoru Azərbaycan olub.  Azərbaycandan Gürcüstana 137 milyon dollar investisiya qoyulub. Bu 1-ci kvartalda Gürcüstana qoyulan investisiyanın 36%-ni təşkil edir.  İkinci yeri isə 57 milyon dollar investisiya ilə Türkiyə tutur.

Bibaşa xarici investisiyalar daha çox nəqliyyat, maliyyə və energetika sektoruna qoyulub.

Strateq.az