XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 19:24

Türk hərbi təyyarəsiRusiya səmasında

Türk uçağı, Rusya hava sahasında gözlem uçuşu yapacak

Türkiyənin hərbi təyyarəsi Rusiya səmalarında müşahidə uçuşu keçirəcək.

Strateq.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi Milli nüvə riskinin azaldılması Mərkəzinin başçısı Sergey Rıjkov bildirib.

Onun açıqlamasına görə, müşahidəni "Açıq Səma" sazişi çərçivəsində türk və fin mütəxəssislərdən ibarət qrup CN-235 tipli təyyarə ilə aparacaq. Üzərində heç bir silah daşımayan təyyarədəki müşahidə vasitələri beynəlxalq yoxlamalardan keçirilib.

Müşahidə uçuşu 13-17 İyun tarixləri arasında baş tutacaq.

Qeyd edək ki, həmin saziş çərçivəsində bu ilin fevral ayında bir rus təyyarəsi Türkiyə səmasında müşahidə uçuşu həyata keçirəcəkdi. Fevralın 2-dən 5-nə qədər planlaşdırılan uçuşa Türkiyə icazə verməmişdi.