XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 06:49

Nazir Ramil Usubov yeni əmr verdi – Təyinat

Azərbaycan daxili işlər orqanlarında kadr təyinatı olub. Belə ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı Əlyəddin Səfərov Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) rəis təyin edilib.

Ə.Səfərov bu təyinata qədər Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. O, bundan əvvəl, Xəzər RPİ və Nəsimi RPİ-lərində rəis müavini və 20-ci Polis Bölməsinin rəisi vəzifələrində işləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl nazir Ramil Usubovun əmri ilə Ə.Səfərovun qardaşı polis polkovniki Səyyəddin Səfərov Zəngilan RPŞ-nin rəisi vəzifəsindən azad edilib. Onun yerinə isə Astara RPŞ-nin rəis müavini Ənvər Həsənov təyin edilib (“Report”).