İran neft ixracatını gündəlik 3 milyon 800 min barrelə çatdırıb.
Strateq.az xəbər verir ki, bunu İranın Neft naziri Bijen Namdar Zəngənə bildirib.
Ölkə parlamentinə bağlı xəbər agentliyi icana.ir-ın xəbərinə görə, məclis konfransında danışan Zəngənə deyib: "2013-cü ilin ortalarında neft istehsalımız gündəlik 2 milyon 700 min, ixracatımız isə 1 barrelin altında idi. İqtisadi sanksiyaların qaldırıldığı 2016-ci ildə isə bu rəqəm hazırda 3 milyon 800 min barrelə çatıb”.
İranın təsbit edilmiş neft ehtiyatı baxımından 158 milyard barrellə Venesuella və Səudiyyə Ərəbistanından sonra dünyada 3-cü sırada yer tutduğunu deyən Zəngənə qaz rezerviylə isə birinci sırada olduğunu bildirib. Onun fikrincə, İranın dünya ehtiyatının 18%-nə bərabər olan 34 trilyon kub metr təbii qazı var.