XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 07:49

Daha bir idmançımız ermənini məğlub etdi

Kişilər arasında 100 kq-dan artıq çəki dərəcəsində sambo üzrə yarışlar keçirilir.

Təmsilçimiz Vasif Səfərbəyov 1/4 final mərhələsində Ukraynadan olan erməni əsilli idmançı Razmik Tonoyanla qarşılaşıb. Samboçumuz rəqibini ümumi nəticədə 2:0 hesabı ilə məğlub edərək qələbə qazanıb və finala çıxıb(ANS).

İdmançımız final qarşılaşmasında Rusiyadan olan idmançı Artem Osipenko ilə münasibətlərinə aydınlıq gətirəcək. Final görüşü saat 21:30-da baş tutacaq.

Qeyd edək ki, Vasif Səfərbəyov artıq gümüş medalı təmin edib. Təmsilçimiz qələbə qazanacağı təqdirdə qızıl medala yiyələnəcək.