XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 09:39

Səudiyyə krallığı gözə girməyi də yaxşı bacarmadı:Kral Salman Klintonu maliyyələşdirirmiş

'Clinton'ın seçim kampanyasını Suudiler finanse ediyor'

 

ABŞ-da prezident seçkilərində demokratların namizədi Hillari Klintonun seçki kampaniyasına Səudiyyə kölgəsi düşüb. Buna səbəb xanım namizədi dəstəkləyənlərdən birinin Səudiyyə Krallığı olduğunun ortaya çıxmasıdır. Maraqlıdır ki, bu fakt krallığın vəliəhd köməkçisi Məhəmməd bin Salman tərəfindən etiraf edilib.

Strateq.az xəbər verir ki, vəliəhd köməkçisi Hillari xanımın seçki kampaniyasına sərf olunan maliyyənin 20%-ni öz öhdələrinə götürdüklərini bildirib. O, həmçinin, qeyd edib ki, kral Salman bir qadını dəstəkləməyin ölkə vətəndaşları tərəfindən xoş qarşılanmayacağını düşünsə də, Hillari Klintonu maliyyələşdirməkdən böyük qürur hissi keçirir.

Xəbər ilk öncə İordaniyanın rəsmi xəbər saytı “The Petra News Agency”də yayınlansa da, qısa müddətdən sonra silinib. Portal xəbəri niyə sildikləri barədə heç bir açıqlama verməyib. Amma bu gizlətmə təşəbbüsü baş tutmayıb. Vaşinqton mərkəzli “Gulf Affairs” xəbər portalı həmin xəbəri yenidən yayınlayıb.

Xəbərin vəliəhd köməkçisi Məhəmmədin ABŞ-a rəsmi səfəri ərəfəsində yayınlanması diqqətçəkicidir. Digər diqqətçəkici məqam isə bu yardımın qanuniliyiylə bağlı olmasıdır. ABŞ qanunları ölkədə keçirilən seçki kampaniyalarına xarici yardımlara icazə vermir.

Görünən budur ki, Səudiyyə Krallığı sözçüsünün ABŞ səfəri öncəsi gələcək sahibinə yaltaqlanmaq və xoş sürpriz etmək cəhdi Klintonun xeyli başını ağrıdacaq.