XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 11:11

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasınaüzv seçildi

bmt-iqtisadi

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilib.

BMT Baş Assambleyasında İqtisadi və Sosial Şuraya 2017-2019 dövrü üzrə keçirilən seçkilərdə Azərbaycan 176 səs toplayaraq Şuranın üzvü olub.

Səsvermədə 193 ölkədən 185-i iştirak edib, nəticədə 18 yeni üzv qəbul edilib.

Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Koreya Respublikası, Tacikistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri də İqtisadi və Sosial Şuraya üzv seçilib.

Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Şurası BMT və onun ixtisaslaşmış qurumlarının iqtisadi, sosial sahələrdə əməkdaşlığını koordinasiya edən başlıca orqanlardan biridir.

APA.az