XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 11:50

Zakir Həsənov Sergey Şoyqu ilə görüşdü –Moskvada

zakir-soyqu

Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında görüş keçirilib.

Görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını söyləyib.

Azərbaycanlı həmkarı ilə görüşdən şad olduğunu söyləyən S. Şoyqu bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir.

Z. Həsənov da Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək dəyərləndirib.

O, Rusiya müdafiə nazirini Azərbaycana səfərə dəvət edib.

APA