XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 13:09

NATO Gürcüstan və Ukrayna ordusunugücləndirəcək

 

Dünən Brüsseldə Ukrayna Müdafiə Nazirliyi ilə NATO Təchizat və Dəstək Agentliyi (NAMSA) arasında müqavilə imzalanıb.

Strateq.az xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Ukrayna adından müqaviləyə ölkənin müdafiə naziri general Stepan Poltorak imza atıb və keçirilən təqdimat mərasimində iştirak edib.

Qeyd edək ki, bu gün NATO-da növbəti bir toplantı olacaq. NATO-Ukrayna Komitəsi çərçivəsində keçirilməsi planlaşdırılan iclasında ittifaq üzvlərinin müdafiə nazirləri Ukrayna və Gürcüstana əlavə yardımların göstərilməsi məsələsini müzakirə edəcəklər.

NATO Təhcizat və Dəstək Agentliyi (NAMSA) 1958-ci ildə qurulub. NAMSA-nın məqsədi, üzv ölkələrinin silahlı qüvvələrinin müştərək ehtiyaclarının beynəlxalq rəqabətə uyun şəkildə səmərəliliyini artırmaqdır. NAMSA müştərilərinə təhcizat, tədarük, nəqliyyat, mühəndislik, hərəkat sahələrinə yerləşdiriləcək qüvvə dəstəyi və keyfiyyət zəmanət xidmətləri verməkdədir. NAMSA-nın müştəriləri NATO Hərbi Komandanlığı, NATO üzvü ölkələr, Sülh üçün Tərəfdaşlıq Təşkilatı və Aralıq dənizi Dialoqu ölkələri və digər müəssisələrdir. Təchizatçılar isə əksəriyyəti NATO üzv ölkələrindəki şirkətlər olmaqla, dünyanın digər nəhəng sənaye müəssisələridir.

NATO-nun bu gün Ukrayna və Gürcüstan məsələsini müzakirə etməsi də təsadüfi deyil. Qara dəniz ətrafında Rusiya-NATO arasında ziddiyyətlər getdikcə artır. Hətta ötən gün NATO-nun Gürcüstanda keçirilməsi nəzərdə tutulan hərbi manevri təxirə salınmışdı. Gücrülər bunu əsgərləri arasında yayılan suçiçəyi xəstəliyiylə izah etmişdilər. Ekspertlər isə bu uşaq xəstəliyini manevrin təxriə salınması üçün yetərli amil hesab etməmiş və həmin addımı rus təhlükəsilə əsaslandırmışdılar. İndisə məlum olur ki, NATO yeni müttəfiqlərinin Rusiya hücumu qarçısında tab gətirə bilməyəcəyini anlamağa başlamışlar. Elə bu səbəbdən də yeni müttəfiqlərin silahlı qüvvələrini artırmağa qərar veriblər.