Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşüb.
Strateq.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə dövlət başçısı Raymonds Veyonisi Latviya Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib və Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Prezident Raymonds Veyonis Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu bildirib, ölkələrimizin iş adamları, müxtəlif nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.