XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 17:33

Lavrovdan Qarabağ açıqlaması:"Əsas məsələ tərəflər arasındakı razılaşmaya əməl olunmasıdır" 

lavrov-22

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Müstəqil Dövlətlər Birliyindəki (MDB) münaqişələr barəsində danışıb.

Lavrov Rusiya Dövlət Dumasında "Hökumət saatı" çərçivəsində çıxışı zamanı deyib ki, MDB məkanındakı münaqişələr yalnız sülh yolu ilə həll oluna bilər.

"Bu, Rusiya-Ukrayna, Dağlıq Qarabağ, Dnestryanı və digər problemlərə aiddir. Əsas məsələ isə tərəflər arasında əldə olunan razılaşmalara əməl olunmasıdır. Əminik ki, bütün bu böhran vəziyyətlərində əldə olunan razılaşmalara əməl olunsa idi, ümumavropa əməkdaşlığı sahəsində qüsurların öhdəsindən gəlmək daha asan olardı”,- deyə Sergey Lavrov bildirib(ANS).

Onu da qeyd edək ki, bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) iclası da başlayıb. 

Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi qurumlarının nümayəndə heyətləri, habelə MDB İcraiyyə komitəsinin nümayəndələri və MDB ölkələri müdafiə nazirləri Şurası Katibliyi iştirak edirlər.