XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 İyun 2015 - 10:19

“Şahdəniz-2” üçün 363 milyonluq müqavilə – “bp-Azərbaycan” açıqladı

“Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri sürətlə icra olunur. Azərbaycanda və Gürcüstanda yerləşən bütün quraşdırma və tikinti sahələrində artıq mühüm irəliləyiş əldə edilib.

“bp-Azərbaycan” şirkətindən bildirilib ki, bu işlərin bir hissəsi olaraq “Şahdəniz” üzrə bu yaxınlarda daha iki müqavilə imzalanıb. Həmin müqavilələr 2018-ci ildə ilk qaz əldə edildikdən sonra yatağın gələcək cinah hissələrinin işlənməsinə dəstək olmaq üçündür. Bu müqavilələrin imzalanması layihənin həyata keçirilməsi qrafikini dəstəkləyir və bu iri işlənmə layihəsinin bütün sahələrində əldə edilmiş irəliləyişə daha bir əlavədir.

Mərhələ 2 üzrə bundan əvvəl elan edilmiş əsas müqavilələrin davamı olan bu iki yeni müqavilə aşağıdakılardır:

1. Sualtı hasilat sistemi avadanlıqlarının təchizatı üçün 297 milyon dollar dəyərində olan müqavilə FMC Kongsberg Subsea AS şirkəti ilə imzalanıb. Bu müqavilə çərçivəsindəki işlərin həcminə sualtı manifoldlardan, əlaqədar idarəetmə bloklarından və birləşdirici avadanlıqlardan ibarət 3, 4 və 5 saylı hasilat kompleksləri üçün avadanlığın təchizatı daxildir. Avadanlığın təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.

2. Yatağın tammiqyaslı işlənməsi üçün tələb olunan sualtı fontan armaturlarının və köməkçi vasitələrin planlaşdırılan üç partiyasından ikincisinin təchizatı üçün 66 milyon dollar dəyərində olan müqavilə OneSubsea (UK) Ltd şirkəti ilə imzalanıb. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə reallaşdırılacaq.