XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 06:02

SEPAH İrana keçən terrorçularla toqquşdu –Briqada generalından açıqlama

pakpur-1

İranın təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində bir neçə terrorçunu məhv edib. 

Strateq.az "Report"a istinadla xəbər verir ki, bu barədə "İslam İnqilabı Keşikçiləri" Korpusunun quru qüvvələrinin briqada generalı Məhəmməd Pakpur xəbər verib.

Onun sözlərinə görə, İran ərazisinə daxil olmağa çalışan iki terrorçu qruplaşma ilə "İslam İnqilabı Keşikçiləri" Korpusunun quru qüvvələri arasındakı toqquşmalar İraqla həmsərhəd Aşnuye rayonunda "Həmzə Seyid əl-Şuhadə bazası"nda baş verib. Əməliyyatlar nəticəsində bir neçə yaraqlı məhv edilib.

General bildirib ki, öldürülənlərin sayı dəqiqləşdirilməyib. Sağ qalmış terrorçuların təqib olunması əməliyyatı davam edir.