XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 12:54

Avropa Məhkəməsi 13 iş üzrə Azərbaycanı cərimələdi –SİYAHI

avropa-mehkemesi

Bu gün Avropa Məhkəməsi 13 iş üzrə Azərbaycana qarşı qərarlarını elan edib.

Strateq.az xəbər verir ki, bu barədə məlumatı vəkil Əsəbəli Mustafayev verib.

Onun sözlərinə görə, bu işlərdən ikisi onun müdafiə etdiyi Əhəd Məmmədlinin şikayətləri ilə bağlıdır:

"İki iş üzrə bir qərar çıxarılıb. Məhkəmə 5, 6 və 11-ci maddələrin (azadlıq hüququ, ədalətli araşdırma hüququ və sərbəst toplaşma azadlıqı) pozuntusunu tanıyıb. Kompensasiya məbləqi 13150 avrodur".

Vəkilin sözlərinə görə, məhkəmə İntiqam Əliyevin apardığı seçki işlərindən 11 üzrə qərarlarını elan edib: "Qərarla azad seçki hüququnun pozuntusu tanınıb. Kompensasiya  məbləği 11000-12000 avro təşkil edir".

Daha sonra vəkil Avropa məhkəməsində işlərinə baxılan digər şəxslərin adını açıqlayıb:

1.Qaya Əliyev 

2. Şakir Məmmədov

3. Fuad Əliyev

4. Əmirulla Dadaşzadə

5. Xaliq Hacıyev

6. Ziyafət Hüseynli

7. Akif Cavadov

8. Səxavət Soltanov 

9. Elnur Məcidli

10. Arzuman Məcidov.

11. Intiqam Əliyev.

Strateq.az