XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 13:45

Nazir müavini təyin olunmayan sabiq icra başçısı:"Prezident dedi ki, get, müalicə olun"

mubariz-heyder-esed

Bir neçə gün əvvəl bir sıra KİV-də Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin rayon icra başçısı vəzifəsindən azad olunduqdan sonra, Kənd təsərrüfatı naziri Heydər Əsədovun müavini vəzifəsinə təyin olunması haqda xəbər yayılmışdı.

Hətta bunu sabiq icra başçısının özü də təsdiqləmişdi. Ancaq nazirlik rəsmi şəkildə belə bir təyinatın olmadığını deyərək, sabiq icra başçısının yalan açıqlama verdiyini təsdiqləmişdi.  Maraqlıdır ki, Mübariz Ağayev bundan sonra susaraq, taleyi ilə razılaşdığını göstərdi.

Strateq.az-a daxil olan məlumata görə, vəzifəsindən azad edilən icra başçısının yeni vəzifəyə təyinatı, ümumiyyətlə, gözlənilmir. Hətta onun keçmiş fəaliyyətinin yoxlanılaraq, sərt tədbir görüləcəyi də istisna deyil. Məhz bu təhülkəli gələcək sabiq icra başçısının indidən tədbirli davranmağa sövq edir. Elə onun  Bizimyol.info saytına bugünkü açıqlamasında səhhətini xüsusu qabartması da, yuxarıdakı ehtimalı qüvvətləndirən əsas məqam sayılır.

Xatırladaq ki, Mübariz Ağayev icra başçısi vəzifəsindən azad olunması ilə yanaşı, özünün açıqlamasına baxmayaraq, nazir müavini təyinatının yalan çıxmasını belə izah edib: “Bu, yalan və məni istəməyən insanların uydurmasıdır. Mən öz istəyimlə işimdən uzaqlaşdırılmışam. Cənab Prezidentdən xahiş etdim ki, məni vəzifəmdən azad etsin. Səhhətimdə problemlər var. Üç gün sonra Berlinə gedirəm, əməliyyat olunacam. Allah cənab Prezidentin canını sağ eləsin, məni başa düşdü və dedi ki, get müalicə olun, sən bizə sağlam lazımsan. Üç dəfə Almaniyada əməliyyat olunmuşam. Hər dəfə gedəndə rayon qalırdı sahibsiz, belə olmazdı. Əməliyyat olunub qayıdım, insallah, hər şey yaxşı olar”.

Strateq.az