XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 15:22

Rusiya sanksiyalardan qurtula biləcəkmi?- Avropa Birliyi yekun qərarını açıqladı

Rusiyaya qarşı sanksiyalar məsələsində Avropa ölkələri arasında fikir ayrılıqları olsa da, Avropa Birliyi hələ ki Kremlə güzəşt etməyi düşünmür.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyi Şurasının sədri Donald Tusk sanksiyaların müddətinin uzadılacağını bəyan edib: «Sanksiyalar uzadılacaq. Bəlkə də Avropa Birliyi Şurasının növbəti iclasına qədər». 

Tusk bildirib ki, sanksiyaların ləğvi Minsk razılaşmasının icrasından keçir: «Hesab edirəm ki, məsələ aydındır. Avropa Birliyinin mövqeyi belədir ki, sanksiyaların ləğvi Ukraynanın şərqindəki vəziyyətlə birbaşa əlaqəlidir. Rusiya Minsk sazişinin bütün bəndlərinə əməl etməlidir».