XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 İyun 2015 - 13:39

Azərbaycanlı tələbələr PKK-ya niyə və necə qoşuldu? – VİDEO

Azərbaycanlı tələbələr PKK-ya niyə və necə qoşuldu? - VİDEO

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin PKK sıralarına qoşulması ajiotaj yaradıb.

Youtube-a yerləşdirilən videoda özlərini Yıldırım Beyazıt Universitetinin sosioloji bölümündə oxuyan Fərəməz Azəri, Turqut özal Universitetinin işlətmə fakültəsinin tələbəsi Babək Hakır və Balıkesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edən gənclər PKK sıralarına keçmələrinin səbəblərindən danışırlar (ANS PRESS).
MTN-in sabiq əməkdaşı, ekspert Arzu Nağıyev ANS PRESS-ə açıqlamasında, PKK-ya qoşulan tələbələrlə bağlı araşdırmalar aparıldığını söylədi: “Bu şəxslərin hər biri haqqında çoxdan məlumatlar olub. Axtarışlar aparılır. çox güman ki, onların hamısı barəsində axtarış elan olunub. Sadəcə, araşdırmanı sona çatdırandan sonra məlumat verəcəklər. Bəlkə heç həmin tələbələr deyil? Hər şey ola bilər. Bu gənclər solçuluğu təbliğ edən uşaqlar olublar. Hətta mitinq keçirməyə, qanunsuz təbliğatla məşğul olmağa cəhd ediblər. Bunların üzərində ciddi iş aparılıb. Kiminsə birdən-birə silahlanıb, terror təşkilatına qoşulması inandırıcı deyil. çox güman ki, hüquq-mühafizə orqanları gec xəbər tutublar. Türkiyədə tələbə adı ilə bu proseslərə qoşulublar”.
Ekspert azərbaycanlıların digər ölkələrdə döyüşə can atmalarına belə aydınlıq gətirdi: “Hazırda ölkəmizdə döyüşlər getmir. Hərbidə müddətdən artıq qalanlar var. Bu şəxslərdə ideya başqadır. Suriyaya nə üçün döyüşməyə gedirlər? Soruşanda cavab verirlər ki, Şam müqəddəs şəhərdir. Məgər ana yurd müqəddəs deyil? Sadəcə, səbəb və məqsəd tamam başqadır. Əsas məsələ budur. Təbii ki, vətənpərvər ruhda olanlar da ölkəmizdə az deyil. Bu dəqiqə nə qədər istəsəniz, döyüşmək üçün könüllülər var. Sadəcə, təəssüflər olsun ki, bu tipli şəxsləri öz torlarına sala bilirlər. Hər şey maarifçilikdən asılıdır. Maarifçilik yüksək olmalıdır. Bu məsələyə böyük önəm verilməlidir”.
Arzu Nağıyev belə şəxslərin ölkəmizdə qalmaları üçün görülməli olan işlərdən də söz açdı: “Bununla bağlı hüquq-mühafizə orqanları və Cinayət Məcəlləmiz var. Belə şəxslər barəsində cinayət işi açılır. Konkret maddə var. ölkəyə qayıdanda bu şəxslərin başını sığallaya bilməzlər. Hüquqi yolları var. Belə yollarla yalnız bu kimi halların qarşısını almaq mümkündür. Xarici ölkədə adam öldürmə, qanunsuz qruplaşmaya daxil olma, sərhədi keçmə və s. kimi hallar qanunla cinayət yaradır. Bunlar ciddi surətdə araşdırılmalıdır”.