XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 21:18

Britaniya parlamentinin deputatıqətlə yetirildi - FOTO

Britaniya parlamentinin xanım deputatı, Leyborist Partiyasından olan 41 yaşlı Coo Koks bu gün Berstolldakı ofisinin önündə qətlə yetirilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, seçiciləri ilə görüşü zamanı Koksa odlu silahdan atəş açılıb, həmçinin bıçaqla xəsarət yetirilib.

Dərhal xəstəxanaya yerləşdirilən deputatın həyatını xilas etmək mümkün olmayıb. C.Koksa hücum edən şəxs saxlanılıb. O, 52 yaşlı kişidir. İş üzrə cinayət işi başladılıb, təhqiqat gedir.

Qeyd edək ki, Leyborist Partiyası Britaniyanın Avropa Birliyindən çıxmasını istəyir və bu istiqamətdə təbliğat aparırdı. Deputatın qətlindən sonra partiya bu təbliğatı müvəqqəti dayandırdığını elan edib.