XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 10:22

Rusiya erməniləri qorxuya salan tankları Azərbaycana satdı –FOTOLAR

t-90

Rusiyanın "Uralvaqonzavod” korporasiyası "T-90C” tanklarının Azərbaycana tədarükünə dair öhdəliklərini tam yerinə yetirib.

Bu barədə jurnalistlərə açıqlamasında "Uralvaqonzavod” koorporasiyasının baş direktoru Oleq Siyenko Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.

"Öhdəliyi tam olaraq yerinə yetirmişik, tədarüklər başa çatdırılıb”, – deyə Siyenko bildirib.

Rusiya və Azərbaycan arasında 2010-cu ildə silah və texnikanın tədarükü barədə razılıq əldə olunub. Ekspertlər 1 milyard dollar dəyərində olan bu razılaşmanın 2017-ci ildə icra olunacağını bildirib.


Oleq Siyenko – "Uralvaqonzavod” korporasiyasının baş direktoru

Bundan əvvəl Rusiya istehsalı "PDM-3” piyadaların döyüş maşınlarının Azərbaycana tədarükünün 2016-cı ildə başa çatdırılacağı barədə məlumat yayılmışdı.

Azərbaycanın Rusiyadan aldığı "T-90C" tankı "T-90" tankının ən yaxşı modifikasiya olunmuş növüdür. "T 90" Rusiya istehsalı olan 3-cü nəsil müharibə tankıdır. Çəkisi 46,5-50 ton olan tankın hərəkət sürəti 65 km/s-dir. Tankın zirehinin eni 830 mm-dir.

Adıçəkilən tank "T-72"ləri əvəz etmək üçün istehsal olunub. Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan "T-90"lar, "T-72BM" tankının yüksək texnologiya məhsulları ilə təchiz olunub. Bu tanklar " T-80" tankından alınan 1G46 Nişangah Termal kamera, Kontakt-5 partlayıcı həssas zireh (aktiv zireh) və daha güclü mühərrikə sahib olub digər Rusiya tankları kimi alçaq bir profilə malikdir.


ANS