XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 00:03

Gümrü ermənilərindən İrəvandakılara dəstək – Aksiyalar böyüyür

Ermənistanın Gümrü şəhərindəki Teatr meydanında etiraz aksiyası keçirilir.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar İrəvanda Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektində keçirilən aksiyaya dəstək nümayiş etdirirlər.

Meydana toplaşanlar bildirib ki, İrəvanda etirazçılara qarşı güc tətbiq edildiyi təqdirdə, Gümrü sakinləri buna biganə qalmayacaqlar.

Xatırladaq ki, ötən axşamdan İrəvanda minlərlə nümayişçi elektrik enerjisi qiymətlərinin artmasına etiraz edirlər.