XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 14:54

Rusiya Suriyada daha bir zabitininöldürüldüyünü etiraf etdi

Rusiya Müdafiə Nazirliyi Suriyada daha bir rus zabitinin öldürüldüyü barədə məlumat yayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, kiçik çavuş Mixail Şirokopoyasdır. O, aldığı ağır yaralardan iyunun 7-də Moskvanın Burdenko adına Baş Hərbi Hospitalında dünyasını dəyişib.

Nazirlikdən bildiriblər ki, Mixail Şirokopoyas Hələbdə – içərisində rus əsgərlərin olduğu avtomobil atəşə tutularkən ağır yaralanıb və həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.  

Hələlik Rusiya Suriyada cəmi 10 hərbiçisinin öldürüldüyünü etiraf edir. Bir sıra başqa mənbələrdə isə rəqəmin bundan dəfələrlə artıq olduğu bildirilir.