XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 15:02

ANS-də nə baş verir? –Daha bir aparıcı kanaldan ayrıldı

ANS-LOQO

ANS-in "Hesab vaxtı” verilişinin aparıcısı Tünzalə Rafiqqızı televiziyadan ayrılıb.

Bu barədə teleaparıcı sosial şəbəkədə məlumat verib.

 "Hər başlanğıcın bir sonu olur. Başladı və bitdi. Alnım açıq, üzüm ağdır. Yeni başlanğıc isə uzaqda deyil. Hər kəsə uğurlar. Mən yoluma, siz yolunuza”, – deyə, teleaparıcı qeyd edib.

Qeyd edək ki, bir müddət öncə məşhur jurnalistlər İlhamiyyə Rza, Kəmalə Əlisgəndərqızı da ANS-dən ayrılıblar. Kanalın digər tanınmış simaları Səbinə Heydərova, Sevda Həsənova (Böyük Seva) və Natiq Nailəoğlunun da işdən çıxması haqda xəbərlər yayılsa da, ANS bu xəbərləri təkzib edib.

Dünən isə Ləman Ələşrəfqızı sosial şəbəkədə status paylaşıb. Onun statusu ANS-dən ayrılması kimi başa düşülsə də, ANS bununla bağlı açıqlama verməkdən imtina edib.

Xanım jurnalist özü isə telefonlara cavab vermir.