XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 15:49

Nazirlik və İcra Hakimiyyətində rəsmi yoxlama –Materiallar parlamentə göndərildi

hesablama-palatas

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Strateq.az Palataya istinadən xəbər verir ki, iclasda dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tabeliyində olan qurumlara (seçmə üsulla) ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və onun strukturuna daxil olan qurumlara ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası, dövlət büdcəsinin yerli xərclərinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Sabunçu rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub.

Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram da təsdiqlənib.