XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 16:11

Dağıstanda xüsusi əməliyyat:"Cənub" qruplaşmasının lideri öldürüldü

Dağıstanda cinayətkar qruplaşmalara qarşı xüsusi əməliyyat bu gün də davam edib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Tabaransk rayonu ərazisindəki meşədə polislə yaraqlılar arasında atışma olub. Atışma zamanı xüsusi təyinatlı dəstənin 4 əməkdaşı həyatını itirib, 6-sı yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Xüsusi təyinatlılardan biri xəstəxanada keçinib.​

Əməliyyat zamanı 6 yaraqlı da öldürülüb. Dərbəndə keçirilən əməliyyatda isə "Cənub" qruplaşmasının lideri Həsən Abdullayevin öldürüldüyü barədə məlumat yayılıb.