XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 05:39

Azərbaycanlılar Şengen vizası üçün barmaq izləri təqdim edəcək

“Şərq tərəfdaşlığı” proqramına daxil olan altı ölkədə (Ukrayna, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova) bu gündən etibarən Şengen ölkələri sazişinin yeni Viza informasiya sistemi (VİS) fəaliyyətə başlayacaq.

Belə ki, VİS-ə müvafiq olaraq Şengen vizası almaq üçün sənəd verənlər barmaq izləri və rəqəmsal şəkil təqdim etməlidirlər.

Ərizəçilərin biometrik məlumatları VİS-də 59 ay müddətində saxlanılacaq və bu müddət ərzində viza üçün bütün müraciətlər zamanı istifadə ediləcək. Bu müddət bitdikdən sonra ərizəçi yeni biometrik məlumatları təqdim etməlidir.
Vizaya görə ilk müraciət zamanı ərizəçi barmaq izlərini təqdim etmək üçün konsulluğa şəxsən gəlməlidir. 12 yaşına qədər uşaqlar, barmaq izlərinin götürülməsi fiziki mümkün olmayan şəxslər, monarxlar, dövlət başçıları və onların həyat yoldaşları, diplomatik səfərlər zamanı rəsmi heyətlərin üzvləri barmaq izlərinin götürülməsindən azad edilirlər.
Onu da qeyd edək ki, bu günə qədər verilmiş vizalar müddəti bitənə qədər qüvvədədir.(oxu.az)