XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 21:32

Ermənistanda Sarkisyanı dəyişmək istəyən yeni partiya yarandı –Sabiq xarici işlər naziri sədr seçildi

oskanyan

 

İyunun 17-də Yerevanda “Birlik” partiyasının ilk təsis qurultayı keçirilib.

Strateq.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu yeni siyasi qüvvəni keçmiş xarici işlər naziri Vardan Oskanyan və onun tərəfdarları, xüsusilə də "Çiçəklənən Ermənistan" partiyasından olan deputatlar yaradır. Elə Vardan Oskanyan da yeni partiyanın sədri seçilib.

Keçmiş ombudsman Karen Andreasyan da yeni partiyaya qoşulmaq qərarına gəlib.

O deyib ki, “Birlik” partiyası nümayişlər də daxil olmaqla hakimiyyətin dəyişməsinə cəhd göstərməlidir.

Qeyd edək ki, Oskanyan keçmiş prezident Robert Koçaryanın hakimiyyəti dövründə 10 il xarici işlər naziri vəzifəsində çalşıb.

Çoxları və ekspertlər hesab edir ki, Koçaryanın Oskanyanla yaxın münasibətləri mövcuddur və ola bilsin ki, yeni yaradılan partiya ilə də birbaşa bağlılığı var. Amma Andreasyan Koçaryanın yeni partiya ilə heç bir əlaqəsinin olmadığını deyir.

Vardan Oskanyan da bundan əvvəl belə bir bəyanat vermişdi.