XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 15:22

“Formula-1”:Pilot Serxio Peres qəzaya uğradı

"Formula-1" Avropa Qran-prisinin üçüncü test yürüşünün başa çatmasına yaxın “Force İndia” komandasının pilotu Serxio Peres qəzaya uğrayıb.

Pilot bolidini 14-cü döngədə trekin ətrafındakı təhlükəsizlik hasarına vurub. Lakin S.Peres xəsarət almayıb.

Xatırladaq ki, yürüş bu gün saat 13:00-da başlayıb. Yürüşə hər biri iki pilotdan ibarət 11 komanda qatılıb.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Niko Rosberq, “Ferrari”də Sebastian Fettel ilə Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. “Red Bull Racing” komandasında Daniel Rikkardo və Daniil Kvayt, “Force İndia”da Niko Hulkenberq ilə Serxio Peres, “Renualt”da isə Kevin Maqnussen və Colion Palmer mübarizə aparıblar. Bundan başqa, “Toro Rosso”nun heyətində Maks Ferstappen və Karlos Sainz, “Sauber”də Markus Erikson, Felipe Nasr, “McLaren”də Fernando Alonso və Censon Batton birinci yürüşdə iştirak ediblər.

Pilotlar Paskal Verlyayn və Rio Haryanto “Manor”, Roman Qrojan və Esteban Qutyerres isə “Haas” komandalarının idman şərəfini qoruyublar.