XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 17:35

Mursi ömürlük cəza aldı- Qətərin xeyrinə casusluqda ittiham olundu

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin işi üzrə məhkəmə araşdırması yekunlaşıb və ona ömürlük həbs cəzası verilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə Mursini Qətərin xeyrinə casusluqda ittiham edib.

Bildirilib ki, Mursi ölkəyə rəhbərlik etdiyi dövrdə dövlətə aid hərbi sənədləri Qətərə ötürürmüş. 

Öz növbəsində də Qətər hökuməti Mursini vacib tərəfdaş sayır, onun lideri olduğu «Müsəlman qardaşları» Hərəkatına dəstək verirmiş. İş üzrə daha 6 məhkuma, o cümlədən 3 jurnalistə də ölüm hökmü verilib.

Mursi Misir prezidentliyinə 2012-ci ildə gəlmişdi. 2013-cü ilin iyulunda onu hərbi çevriliş yolu ilə devirmişdilər.