XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 09:33

Nazirlik Gədəbəydə investisiya layihələrinin qəbuluna başlayır- Siyahı

pul.jpg

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il iyunun 18-də Gədəbəy rayonunun Slavyanka kəndində işgüzar forum keçirib. Forumda aparılan müzakirələr zamanı sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

– ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;
– cins heyvandarlıq, intensiv kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının yaradılması;
– meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması;
– şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.

Strateq.az İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, bu gündən etibarən isə sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17

Strateq.az