XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2016 - 09:59

Türkmən DAĞI :Əsədin rus təyyarələrinin quyruğuna bağlanmış legitimliyi

 

Türkmendağı Esad rejiminin elinde

 

Suriyanın Lazkiyə əyalətinə bağlı Bayır-bucaq türkmən bölgəsində müxaliflər 3 gün əvvəl itirdikləri torpaqları geri qaytara biliblər.

Strateq.az-ın yerli qaynaqlara istinadən verdiyi məlumata görə, dünən əks hücuma keçən müxalif birliklərin hərbi əməliyyatları gecə yarısına qədər davam edib.

Şiddətli qarşıdurmalar nəticəsində müxaliflər Kələz kəndi ətrafında yer alan Qoza mövqeyindəki 2 nöqtəni ələ keçiriblər. Bir gün əvvəl isə onlar İsapınar və Qaramanlı kəndləri ilə yanaşı, strateji önəmə sahib Qaramanlı təpəsini də geri aldıqlarını bildirmişdilər.

Qeyd edək ki, türkmənlərin geri ala bildikləri bölgələr 3 gün əvvəl rus təyyarələrinin ağır bombardımanının müşaiyəti altında Əsəd güclərinin əlinə keçmişdi. Həmin vaxt 5 gün aralıqsız davam edən ağır döyüşlərə rəsmi açıqlamalara görə, 7 mindən artıq Suriya əsgəri qatılmışdı. Türkmənlərin bu döyüşlərdə müqaviməti qıran əsas amil isə onlar yox, rus təyyarələri olmuşdu.

Əl-Nüsra, Əhrar üş-Şam və Azad Suriya Ordusuna qarşı başladılan bu döyüşlərdə əsasən türkmənlərlə yanaşı, ərəb döyüşçüləri də iştirak edirlər. Hətta müharibələrdə daha çox ərəb döyüşçülərin öldürüldükləri xəbərləri yayılırdı. Suriya Türkmən Məclisinin sədri Əmin Bozoğlan Anadolu Agentliyinə verdiyi açıqlaması da bunu təsdiqləyir. Bozoğlan qarşıdurmalarda ən az 20 döyüşçünün öldürüldüyü, onlardan 1-nin türkmən, digərlərinin isə ərəb olduğunu etiraf etmişdi. O, həmçinin, yaralılar arasında 3 türkmənin də olduğunu və yaralıların hamısının müalicə üçün Türkiyəyə göndərildiyini bildirmişdi.

Türkiyə sərhədlərinin 4 km-liyində yerləşən bu strateji bölgəyə rus təyyarələrinin intensiv bomba yağdırmasını xəbər verən Bozoğlan bu pressinq altında duruş gətirməyin mümkünsüzlüyünü etiraf edərək demişdi: “Ruslar əvvəl pilotsuz hava vasitələrilə yerimizi təsbit edir, daha sonra hərbi təyyarələr başımıza bomba yağdırır. Hazırda bu hücumların öhdəsindən gələcək vəziyyətdə deyilik. Məcburən geri çəkilirik. Amma böyük əksəriyyəti Bəşər Əsəd ordusunun əlinə keçən bölgəmizin tam itirilməsindən də söhbət gedə bilməz. Yamadi, Çümərən kimi iki-üç kənd hələ də bizim əlimizdədir. Bu kəndlər uğrunda mübarizəmiz davam edir”.

Görünür, rus hava hücumları bitdikdən sonra toparlanan döyüşçülər əks həmlə nəticəsində itirdikləri torpaqları geri qaytara biliblər. Bu fakt Bəşər Əsəd rejiminin son zamanlar qazandığı qələbənin nazik teldən asılı olduğunu göstərir. Nə qədər ki, rus hava hücumları var, Əsəd ordusu ölkəyə nəzarəti öz əlinə götürə bilir. Hücumlar kəsilən kimi qüvvələr balansı yenə əvvəlki duruma qayıdır. Təyyarələrin isə həmişə səmada dayanması mümkün deyil.

Bu fakt iqtidarların siyasi legitimliyinin ölkə suverliyinin qorunmasında nə qədər böyük önəm daşıdığından xəbər verir.

Heydər Oğuz

Strateq.az