XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 09:49

Dövlət qulluğuna imtahanları internetlə izləyə bilərsiniz

behram_xelilov_300.jpg

Test imtahanı proqramlarının komissiyanın internet saytında yerləşdirilməsi vətəndaşların test imtahanı mərhələsinə daha yaxşı hazırlaşmalarına imkan verir, bütün namizədlər üçün eyni başlanğıc vəziyyətini yaradır.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov “Xalq qəzeti”nə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, müsabiqənin elan olunub-olunmamasından asılı olmayaraq vətəndaşlar istənilən zaman komissiyanın saytından test imtahanı proqramlarını əldə edə bilirlər.

Bəhram Xəlilov namizədlərin müsahibə mərhələsinə daha yaxşı hazırlaşmasını təmin etmək və onları düzgün vəzifə seçiminə yönəltmək məqsədilə müsahibə proqramlarını müsabiqə və ya ümumi müsahibə elan olunan andan komissiyanın internet saytında yerləşdirdiyini də xatırladıb.

O, komissiyanın internet saytı vasitəsilə test imtahanlarının gedişinin onlayn izlənməsinin mümkün olduğunu qeyd edib: “İstənilən maraqlı şəxs internet bağlantısı olduğu təqdirdə evdən, iş yerindən və ya internetə çıxışı olan mobil telefondan test imtahanının gedişini onlayn müşahidə edə bilər”.

Komissiya sədri müsahibəsində “Onlayn sınaq test imtahanları” elektron xidməti vasitəsilə sınaq test imtahanlarının təşkilindən də danışıb:

“Hazırda həm beşinci, həm də altıncı-yeddinci təsnifatlar üzrə sınaq test imtahanı variantlarının sayı artırılaraq hər biri üzrə altıya çatdırılıb. ödənişsiz olan və real vaxt rejimində interaktiv şəkildə həyata keçirilən bu elektron xidmətdən vətəndaşlar elektron xidmətlər bölməsində qeydiyyatdan keçməklə istifadə edə bilərlər”.

Strateq.az