XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2016 - 15:19

“Nazir mənə zəng edib, dedi ki…” –Abid Şərifovdan sökülən abidələrlə bağlı açıqlama (VİDEO)

abid-serifov

Baş nazirin müavini Abid Şərifov "Sovetski"də sökülən abidələrlə bağlı açıqlama verib.

Strateq.az xəbər verir ki, ANS TV-yə müsahibəsində o, aparılan söküntü işlərinin qanun çərçivəsində həyata keçirildiyini və tariximizə kifayət qədər hörmət edildiyini bildirib.

Bundan əlavə, o, qeyd edib ki, bəzi tarixi abidələr qorunub saxlanacaq, bərpaya ehtiyacı olanlar isə təmir olunacaq.

"Bu abidələr siyahıdan çıxarılıb. Bu, rəy nəticəsində olub, kiminsə özbaşınalığının nəticəsi deyil. Həmin abidə ev kimi qeydə alınmışdı. Sonra mənə Əbülfəs müəllim zəng etdi (Mədəniyyət naziri – red.) və dedi ki, bu, qədim hamamdır. Nəticədə biz onu siyahıdan çıxartdıq, onu gələcəkdə restavrasiya edə bilərik.

O ki qaldı Abbas Mirzə Şərifzadənin evinin sökülməsinə, bu haqda söhbət yoxdur" – deyə, Abid Şərifov bildirib.