XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 10:01

Ölkədə yarım milyondan çox mənzil özəlləşdirilib

menzil_e97e5aef7fd40086cdf0c094.jpg

Strateq.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən məlumat verir ki, 2015-ci ilin yanvar-mart aylarında ölkədə 49 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Aparılan qeydiyyatın 11 mindən çoxu (23.3 faizi) ilkin, 38 minə yaxını (76.7 faizi) isə təkrar qeydiyyata aiddir. ötən ilin yanvar-mart ayları ilə müqayisədə ümumi qeydiyyat 11.1 faiz artıb.

Cari ilin yanvar-mart aylarında 35 mindən çox daşınmaz əmlaka texniki pasport tərtib edilib. 9 min ipoteka müqaviləsi, mindən çox yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 33 mindən çox məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 6 minə yaxın digər müxtəlif məzmunlu arayışlar verilib. 32 minə yaxın daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib. ötən ilin yanvar-mart ayları ilə müqayisədə yüklülüyün qeydiyyatında 46.9 faiz, ipotekanın qeydiyyatında isə 2.0 faiz artım olub. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların sayında 6.8 faiz, əhaliyə xidmətlə bağlı müxtəlif arayışların sayında isə 26.5 faiz artma müşahidə edilib.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 9 mindən çoxu fərdi yaşayış və bağ evi, 11 mindən çoxu mənzil, 27 minə yaxını torpaq sahəsi, 1 minə yaxını isə qeyri-yaşayış binası olub.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci ilin birinci rübündə ölkə üzrə aparılan daşınmaz əmlakın ilkin qeydiyyatı ümumi qeydiyyatın 23.3 faizini təşkil edib.

2015-ci ilin yanvar-mart aylarında ölkə üzrə 11 mindən çox mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. ümumilikdə, özəlləşdirmə başlayandan 01 aprel 2015-ci il tarixinə kimi ölkə üzrə 508 mindən çox mənzil özəlləşdirilib.

Strateq.az