XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2016 - 17:12

Bakıda Formula-1 Avropa Qran-prisinəstart verildi

Formula-1-16-1

İyunun 19-da saat 17:00-da Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, “Formula One Management”in prezidenti Berni Ekklstoun, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Formula-1 Avropa Qran-pri yarışına baxırlar.

Strateq.az AZƏRTAC-a istinadla xəbər verir ki, Qran-prinin startından əvvəl Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx nəfərdən ibarət gənc kollektivi dövlət himnini ifa edib.

Formula-1 Avropa Qran-prisində 22 pilot qalib adı uğrunda mübarizəyə qatılıb. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən, start xəttinə ən yaxın “Mercedes”in pilotu Niko Rosberq dayanıb. Ondan sonra “Red Bull Racing”in sürücüsü Daniel Rikkardo və “Ferrari”nin sürücüsü Sebastian Fettel yer alıblar.

Ümumiyyətlə, Formula-1 Avropa Qran-prisinin startında pilotlar aşağıdakı qaydada düzülüblər:

1. Niko Rosberq (Mercedes)

2. Daniel Rikkardo (Red Bull Racing)

3. Sebastian Fettel (Ferrari)

4. Kimi Raykonnen (Ferrari)

5. Felipe Massa (Uilyams)

6. Daniil Kvyat (Red Bull Racing)

7. Serxio Peres (Force İndia)

8. Valtteri Bottas (Uilyams)

9. Maks Ferstappen (Toro Rosso)

10. Lüis Hamilton (Mercedes)

11. Roman Qrojan (Haas)

12. Niko Hülkenberq (Force İndia)

13. Karlos Saynz (Toro Rosso)

14. Fernando Alonso (McLaren)

15. Estaban Qutyerres (Haas)

16. Felipe Nasr (Sauber)

17. Rio Haryanto (Manor)

18. Paskal Verlyayn (Manor)

19. Censon Batton (McLaren)

20. Markus Erikson (Sauber)

21. Kevin Maqnussen (Renualt)

22. Kolion Palmer (Renault).

“Toro Rosso” komandasının pilotu Daniil Kvyat texniki problemlərə görə, yarışda iştirakını vaxtından əvvəl başa vurub.