XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 15:58

“Putin topu bizim meydana atır” –Politoloqdan prezidentlərin görüşü haqda açıqlama

elxan-sahinoglu-esas

Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşünə saatlar qalmış Rəsmi Moskva diqqətçəkən açıqlamalar verib.

Strateq.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Sankt-Peterburq şəhərində keçiriləcək görüşünün əsas məqsədi kimi, hərbi əməliyyatların bərpasından sığortalanmaq olduğunu deyib.

Bəs, əsas məqsəd budursa, o zaman münaqişənin həlli necə olacaq?

Bununla bağlı açıqlama verən politoloq Elxan Şahinoğlu təəssüflənib ki, Sankt-Peterburq görüşü ilə bağlı proqnozları doğrulmaqdadır:

"Hazırki mərhələdə (bu mərhələnin nə qədər uzanacağını kimsə bilmir) Putini münaqişənin həlli yox, atəşkəsin ömrünü uzatmaq düşündürür. Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmadan atəşkəsin ömrünü uzatmaq status-kvonun ömrünü uzatmaq deməkdir. Status-kvonun ömrünün uzanması isə işğalçının maraqlarına uyğundur. Putin topu bizim meydana atır. Ya biz bu topu götürüb qol vurmağa çalışmalıyıq, ya da müdafiədə paslaşmalıyıq".