XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 16:24

Azərbaycan ordusunun genişmiqyaslı operativ-taktiki təlimi –FOTOLAR

qirici-azerbaycan-telim

Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimə başlayıb.

Bununla bağlı Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir:

"Yüksək döyüşə hazırolma səviyyəsinə gətirilən idarəetmə orqanları və qoşunlar mütəşəkkil və planlı qaydada yenidən qruplaşmanı həyata keçirərək cəmləşmə rayonlarına çıxarılır, aerodromlarda aviasiyanın, dənizdə isə gəmilərin dislokasiya yerləri dəyişdirilir.

Təlimlərin planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi və icrasına nəzarət Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən müasir rabitə və müşahidə vasitələrindən istifadə edilməklə həyata keçirilir. Təlimlər iyunun 24-də yekunlaşacaq".