XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 13:27

Kürd lider Türkiyəyə niyə gəlmişdi? – Ankara “qırmızı cizgiləri” göstərdi

Suriyanın şimalında yerləşən Tel-abyad qəsəbəsi kürd silahlılarının əlinə keçdikdən dərhal sonra PKK-nın bölgədəki uzantısı hesan olunan PYD-nin sədri Saleh Müslümün Ankaraya gəldiyini xəbər vermişdik. Bu səfərin nə məqsədlə edildiyi açıqlanmadığından, Türkiyənin baş naziri Əhməd Davudoğlunun PYD lideriylə görüşü anlaşılmaz qalmışdı. Bu gün Türkiyənin “Hürriyyət” qəzetində dərc edilən bir xəbər səfərin gizli mətləblərinə işıq tutacaq mahiyyətdədir. ölkənin Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb yaxınlarda dövlət zirvəsinə təqdim olunacaq bir təlimatın lahiyəsindən bəhs edilən xəbərdə bildirilir ki, Türkiyənin Tel-abyadla bağlı mövqeyi PYD-yə ən yüksək orqanlarına çatdırılıb. Hafiz Müslümün ən yüksək səlahiyyətlisi olduğunu nəzərə alsaq, adı çəkilməsə belə, söhbətin ondan getdiyi məlum olur.

Bəs, Türkiyə hökuməti qarşı tərəfə nəyi çatdırıb?

“Hürriyyət” əməkdaşı Dəniz Zeyrəkin əldə etdiyi məlumata görə, Ankaranın PYD-yə çatdırdığı mövqeyinin xülasəsi bunlardan ibarətdir.

– Türkiyə İŞİD-i “terror təşkilatı” olaraq tanıyır. Beynəlxalq koalisiyanın İŞİD-lə mübarizəsində rol almağa davam ediləcək;

– Türkiyənin şərtləri PYD-yə ən üst səviyyədə çatdırıldı: Əsəd rejimi ilə əməkdaşlıq etməməsi, Suriyanın ərazi bütövlüyünə zidd hərəkət etməməsi, Suriyanın gələcəyinə bütün Suriya xalqının birlikdə qərar verəcəyi, PYD-nin bunun xaricində qalmasının qəbul edilməyəcəyi izah edildi;

– PYD-nin İŞİD-lə mübarizəsi bütün dünyanın simpatiyasını qazandı. Türkiyə də İŞİD-in bölgədən püskürdülməsindən məmnundur. Bu səbəblə müttəfiqlərin İŞİD-lə mübarizəsində PYD-yə dəstək verilməsinə etiraz etmədi;

– PYD-nin Ağçaqala-Tel-abyad arasındakı sərhəddi Türkiyədən Suriyaya keçişlərə bağlaması qəbul edilə bilməz;

– Şimali Suriyada İŞİD-dən və Əsəd güclərindən təmizlənmiş bu bölgə Türkiyənin “tampon bölgə” təklifinin həyata keçirilməsinə zəmin yarada bilər;

– Türkiyənin İŞİD-lə mübarizəsində səmimiyyəti müzakirə olunur. İŞİD-in insani və lojistik dəstəyinin Türkiyə üzərindən getməsiylə bağlı qənaətlər ortadan qaldırılmalıdır.

Göründüyü kimi, rəsmi Ankaranın şərtləri xeyli sərt olub və bir növ, barmaq silkələməsinə bənzəyib.

Strateq.az