XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 20:25

Prezidentlərin görüşü başa çatdı –Lavrovdan ilk anons

lavrov

Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü başa çatıb.

Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib: "Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar. Bu bəyanatda siyasi nizamlanmada dayanıqlı proqresin olmasına öhdəlik ifadə olunub".

Onun sözlərinə görə, son günlər Dağlıq Qarabağda atəşkəs qorunub saxlanılır. S. Lavrov dövlət başçılarının müşaiyətsiz və köməkçisiz görüşdüyünü də söyləyib.

APA.az