XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 20:55

“O hansı “məsələlərdir” ki, onların ətrafında qarşılıqlı anlaşma əldə edilib?” –Ekspertdən Lavrovun açıqlamasına reaksiya

elxan-sahinoglu-esas

"Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ortaq bəyanatı göstərir ki, nə Ermənistan prezidenti Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazırlaşır, nə də Rusiya prezidenti bu məqsədlə erməni həmkarına təzyiq etməyi düşünür".

Strateq.az xəbər verir ki, bunu "Atlas" Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, prezidentlərin görüşündən sonra bir neçə cümlədən ibarət birgə bəyanat anonsu məna yükü az olan ifadələrdən ibarətdir:

"Bu bəyanatda “Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafına şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər" – cümləsinin sonuncu hissəsi diqqəti çəkir. O hansı “məsələlərdir” ki, onların ətrafında qarşılıqlı anlaşma əldə edilib?

Yəqin prezidentlər cəbhə bölgəsində eskalasiyaya yol verməyəcəklərini bəyan ediblər. Bunun da adını qoyublar “bır sıra məsələlər”.

Prezidentlərin Paris görüşünü xatırlayın, onda da “bir sıra məsələlər” razılaşdırılmışdı. Ermənistan Paris görüşündən dərhal sonra işğal altındakı torpaqlarda hərbi təlimlər keçirdi və Paris “razılaşmalarının” üstündən xətt çəkdi. Bu dəfə hərbi təlimlər növbəsi bizdədir…".

Strateq.az