Müdafiə Nazirliyi Azərbaycan ordusunun iki əsgəri haqda rəsmi məlumat yayıb.
Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, məlumatda iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində yolu azaraq, qarşı tərəfdə olduqları ehtimalı irəli sürülüb.
Hazırda hadisə ilə bağlı axtarış və araşdırma tədbirləri həyata keçirilir.