XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 23:06

Səfir təsdiqlədi: ABŞ Avropaya zirehli texnika yeridir
ABŞ 2015-ci ilin sonunadək, Avropada bir neçə yüzü zirehli hərbi texnika daxil olmaqla, min ədəddən çox texnika yerləşdirəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın NATO-dakı səfiri Duqlas Lyut bildirib.

“Avadanlığa gəlincə, briqadanın tərkibindəki avadanlıqların müəyyən hissəsi artıq mənzil başına çatdırılıb. Məqsəd ilin sonunadək hamısını yerləşdirməkdir. Söhbət bir neçə yüz ədəd zirehli və 3-4 dəfə çox təkərli hərbi maşınlardan gedir. ümumilikdə müxtəlif tipli 1000-dən çox döyüş maşınlarıdır, onlardan bir neçə yüz ədədi zirehli döyüş maşınlarıdır. İlin sonunadək onların Avropada yerləşdirilməsi başa çatacaq”, – deyə Lyut bildirib.