XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 23:59

Fransa xarici işlər naziri:"Rusiyaya qarşı sanksiyalar avtomatik uzadılmasın!"

ayralut-fransa

 

Avropa Birliyi Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları daha 6 ay uzadacaq.

Strateq.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jean-Mark Ayrault bildirib.

Sanksiyaların avtomatik olaraq uzadılmasına müsbət yanaşmadıqlarını söyləyən Ayrault 28-29 iyunda Brüsseldə keçiriləcək AB zirvəsində sanksiya məsələsinin də müzakirə olunmasını istəyib:

"İrəliyə doğru hər hansı bir addım atarkən, mütləq müzakirə olunmalıdır. Rusiya qarşı sanksiyaları 6 ay uzatmaq məsələsi də həmçinin. Çünki sanksiyaların məqsədəuyğunluğu dövlət və hökumət rəsmiləri tərəfindən müəyyənləşdirilməlidir. Bəli, biz sanksiyaların avtomatik olaraq uzadılmasını yox, mövzunun müzakirəsini istəyirik”.

Xatırladaq ki, Ukrayna böhranı və Krımın ilhaq olunmasının ardından AB Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etmişdi. 21 dekabr 2015 tarixində başa çatma vaxtı tamamlanan bu sanksiyaları ittifaq üzvləri yenidən 31 iyul 2016-ci ilə qədər uzatmışdı. Görünən budur ki, bu ayın axırında sona çatan sanksiyaların yenidən 6 ay uzadılması gözlənilir. G-7-lərin Yaponiyada qəbul etdiyi bu qərarın həyata keçməsi üçün AB bir həftədən sonra öz qərarını verməlidir.

Fransa isə bu iqtisadi maraqlarından çıxış edərək, sanksiyaların dayandırılmasını arzulayır. Bir müddət əvvəl Fransa senatı böyük səs çoxluğuyla bu niyyətini ortaya qoymuşdu. Senatın qərarlarının imperativ gücü olmasa da, rəsmi Parisin siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Fransa xarici işlər nazirinin dilə gətirdiyi fikirlər də bundan xəbər verir.