APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, polis əməkdaşlarının əllərində dəyənək və alüminium qalxanlar var.
Hazırda aksiya keçirilən ərazidə işıqlar söndürülüb. Aksiyaya bir qrup müxalifətdən olan deputatlar və hakim partiyanın nümayəndəsi, təhsil naziri Armen Aşotyan da qatılıb.
NEWS.am-ın məlumatına görə, bir neçə deputat, mədəniyyət və şou-biznes nümayəndələri polis və etirazçılar arasında “canlı sədd” yaradıb.
“Azad demokratlar” partiyasının sədri Xaçatur Kokobelyan bildirib ki, onların aksiya təşkilatçılarının taktikasına müdaxilə etmək niyyəti yoxdur, onların əraziyə gəlməsinin səbəbi baş verə biləcək hər hansı insidentin qarşısını almaqdır.
Bundan əvvəl polis cərgələrində hərəkət müşahidə edilib. Polis rəisinin müavini Unan Poqosyanın bildirdiyinə görə, bu, sadəcə növbə dəyişməsidir.