XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 08:29

ABŞ xarici investor axtarışında

 

Obama: Yeni bir iş arayacağım

 

“ABŞ investisiya mühiti baxımından dünyadakı ən etibarlı və güclü ölkəsidir”.

Strateq.az xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib.

Ölkəsinin investisiya imkanlarının tanıdılması məqsədilə paytaxt Vaşinqtonda keçirilən “SelectUSA İnvestisiya” sammitində xarici sərmayədarlara xitab edən Obama öz hakimiyyətinin son 75 aylıq dövründə ABŞ-ın keçdiyi inkişafdan danışıb. Onun sözlərinə görə, bu müddət ərzində ölkədə məşğulluq səviyyəsi artaraq, rekord qırıb, lisey məzuniyyəti nisbəti ABŞ tarixinin ən yüksək səviyyəsinə çatıb və Trans-Sakit okean Tərəfdaşlığı kimi böyük ticarət müqavilələrinin yaxında fəaliyyətə başlamasıyla daha əlverişli işgüzarlıq fürsəti yaranacaq.  Bütün bu xüsusiyyətləri ilə ABŞ-ın dünyada ən çox xarici investisiya cəlb edən ölkə mövqeyində olduğunu bildirən Obama deyib:

"Bir an öncə burada olmağı seçməlisiniz, çünki heç bir ölkə qlobal iqtisadiyyat baxımından ABŞ qədər əhəmiyyətli deyil. Şirkətinizə başqa heç bir ölkə daha çox innovasiya gətirə və məhsullarınızı daha çox bazarla tanış edə bilməz. Heç bir ölkə bizim qədər yaxşı universitetlərə sahib deyil, araşdırma və inkişafa bizdən çox sərmayə qoymur”.

Bu mesajlarını "yaxşı bir küçə alverçisinin danışığına" bənzədən Obama zarafatından da geri qalmayıb: "Amerikanın satış reklamçısı olmaqdan çəkinmirəm. Mən də təxminən yeddi ay sonra iş axtaracağam və buna görə xoşbəxtəm. “Linkedin” hesabı açacağam və qarşıma nələr çıxacağına baxacağam".