XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 10:16

YAP-dan prezidentlərin Sankt-Peterburq görüşü haqda açıqlama:"Üç məqam diqqəti cəlb edir"

aydin-mirzezade-deputat

"Rusiyanın Sankt-Peterburq şəhərində Dağlıq Qarabağ probleminin həlli üzrə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticəsi olaraq üç məqam diqqəti cəlb edir".

Strateq.az xəbər verir ki, bu sözləri YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

O, həmin üç məqamı belə sadalayıb:

"1. Azərbaycan Prezidenti cənab İlham Əlliyev görüşdən əvvəl problemin həllində əsas məsələnin Ermənistanın Azərbaycan torpaqlarının işağlına son qoyulması olduğunu bildirdi.

2. Görüşün nəticəsi olaraq bir sıra məsələlərdə anlaşma əldə olunduğunu bəyan etdilər və növbəti görüşlərin də bu formatda ( üç ölkə prezidentinin iştirakı ilə) keçirilməsi barədə razılığa gəldilər.

3. Hər üç ölkənin xarici işlər nazirləri görüşdən razı qaldıqlarını bilidirdilər".