XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 11:29

“Hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur” –Prezidentin köməkçisi

natiq

"Aparılan məqsədyönlü tədbirlə nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur".

Bunu Azərbaycan prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

"Neftin qiymətinin aşağı düşməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan xarici investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının silsilə devalvasiyaya uğraması qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanması məqsədilə ölkəmizdə milli valyutanın devalvasiyasını zərurətə çevirmişdi. Aparılan məqsədyönlü tədbirlə nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental dəyərini qorumaqdadır", – deyə, prezidentin köməkçisi qeyd edib. 

APA