XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 13:22

Azərbaycan İsraildən zirehli “Sand Cat” maşınları aldı –VİDEO

stand-cat-herbi-masin-israil

Azərbaycan İsrail “Plasan” şirkətindən 4×4 təkər formuluna malik yüngül zirehli “Sand Cat” maşınları alıb.

Bu barədə Parisdə keçirilən “Eurosatory-2016” sərgisində təmsil olunan “Plasan” şirkətindən məlumat verilib.

Bununla da Azərbaycan “Sand Cat” maşınlarının ən yeni istifadəçisi olub. Azərbaycana satılan “Sand Cat”lar standart maşınlardan mina partlayışlarına qarşı qoruması ilə seçilir.

Azərbaycanda keçirilən testlərdə maşınlar yüksək performans nümayiş etdirib.

Maşınlar İsrailin “Rafael” şirkətinin istehsalı olan distans idarəetməli döyüş modulları ilə silahlandırılıb.

Qeyd edək ki, hazırda “Sand Cat” maşınları postsovet ölkələrindən Qazaxıstan və Türkmənistanın istifadəsində yer alır("AzeriDefence”).