XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 14:05

“Atəşkəs yenidən pozulsa, Putin simasını itirəcək” –Ekspertdən xəbərdarlıq

putin-09

“Sankt-Peterburq görüşü göstərdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçidir. ABŞ və Avropa Birliyi buna etiraz etmirlər. Əksinə, Merkel Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanı açar dövlət hesab edir".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, nə Sərkisyan Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazırlaşır, nə də Putin bu məqsədlə erməni həmkarına təzyiq etməyi düşünür:

“Sankt-Peterburq görüşü göstərdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçidir. ABŞ və Avropa Birliyi buna etiraz etmirlər. Əksinə, Merkel Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanı açar dövlət hesab edir.

Ancaq Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə hazırdırmı?

Hazırda Rusiyanın ABŞ, Avropa Birliyi və Türkiyə ilə münasibətləri ən soyuq dövrünü yaşayır. Buna baxmayaraq, Putin Sankt-Peterburq görüşündən sonra çox çalışacaq ki, münaqişə həll olunmasa belə, tərəflər atəşkəsə riayət etsinlər. Çünki aprel atəşkəsinin memarı məhz Putindir. Atəşkəs yenidən pozulsa, Putin simasını itirəcək. O, anlamalıdır ki, münaqişə həll olunmadan yalnız atəşkəsin qorunması mümkün deyil”.

Ekspert Sankt-Peterburqda heç bir hüquqi sənədin imzalanmadığını əsas gətirərək, bildirib ki, Azərbaycan üzərinə hansısa öhdəlik götürməyib:

“Rəsmi Bakı və İrəvan Sankt-Peterburqda razılaşdırılan “əlavə dinamika” ifadəsini fərqli dəyərləndirəcək. İrəvan bu ifadəni atəşkəsin daimi qorunması kimi qəbul edəcəksə, Bakı isə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının sürətləndirilməsi kimi izah edəcək. Demək, belə şəraitdə atəşkəsin qorunacağına zəmanət yoxdur”.

Xatırladaq ki, dünən Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Sankt-Peterburqda üçtərəfli görüşü baş tutub. Prezidentlər danışıqların dinamik formada davam etdirilməsi barədə razılığa gəliblər. Görüşün yekun bəyanatında atəşkəs rejiminə riayət olunması xüsusi vurğulanıb.