XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 14:21

“Rusiya Qarabağ kartını əlində saxlamaqla…” –NATO-nun keçmiş baş katibindən ilginc iddia

rasmussen-

"Donbasdakı dondurulmuş konflikt Ukrayna və digər qonşu ölkələrin avrointeqrasiya cəhdlərinə qarşı müqavimət göstərmək üçün Rusiyanın əlində əla vasitədir".

Bunu Ukrayna mətbuatına açıqlamasında NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen söyləyib.

Onun sözlərinə görə, bütün dondurulmuş konfliktlər Rusiyanın ümumi strategiyasının bir hissəsidir:

“Rusiya öz qonşularını zəif və mümkün qədər Moskvadan asılı vəziyyətdə saxlamağa çalışır. Ona görə də Donbasın dondurulmuş konfliktə çevrilməsi dağıdıcı nəticələrə səbəb olacaq. Mövzu təkcə Ukrayna deyil. Biz eyni prosesləri Ukraynanın xaricində də görə bilərik. Bura Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ aiddir”.

Axar.az