XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 14:28

Avropa Birliyi qərar verdi:Rusiyaya qarşı sanksiyalar uzadıldı

Avropa Birliyi (AB) Rusiyaya qarşı sanksiyaların daha 6 ay uzadılmasına qərar verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qərar AB-nin Daimi Üzv Ölkələri Komitəsinin (COREPER) bugünkü iclasında qəbul olunub.

Brüsseldəki diplomatik mənbə «İnterfaks»a bildirib ki, sanksiyaların sonrakı aqibəti Minsk sazişinin icra vəziyyətindən asılı olacaq. Sənəd Avropa Birliyi Şurası tərəfindən təsdiqlənən kimi (28-29 iyun) qüvvəyə minəcək.  

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın ilhaq etdiyi Krıma qarşı iqtisadi sanksiyalar 2017-ci ilin sonunadək uzadılmışdı.